"Mənzil-kommunal təsərrüfatları təşkilatları ləğv edilməlidir"

"Mənzil-kommunal təsərrüfatları təşkilatları ləğv edilməlidir"

"Azərbaycanda sosial xidmətləri qeyri-hökumət təşkilatları və ya özəl təşkilatlar yerinə yetirməlidir. Bir çox Avropa ölkələrində olduğu kimi bu missiyanı özəl təşkilatlar yerinə yetirsə, bu, daha effektiv olar. Düşünürəm ki, sosial xidmətlər sahəsini qeyri-dövlət təşkilatları yerinə yetirsə, mövcud olan müəyyən problemlər də aradan qalxar". SİA-nın məlumatına görə, bunu parlamentin bugünkü iclasında çıxışı zamanı millət vəkili Azay Quliyev çıxış edib.

A.Quliyev bildirib ki, bununla yanaşı bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir: "Bu gün mənzil-kommunal təsərrüfatları təşkilatları öz həyata keçirməli olduğu öhdəliklərin öhdəsindən gələ bilmir. Düşünürəm ki, onlar ləğv edilməli və onların həyata keçirdiyi işlər bələdiyyələrə həvalə olunmalıdır. Bələdiyyələr müəyyən kommunal ödənişləri yığa bilər və kommunal təsərrüfatlarının bəzi xidmətlərini həyata keçirə bilər. Bu da özü-özlüyündə bələdiyyələrin səlahiyyətlərinin və gəlir mənbələrinin artmasına səbəb olar. Həmçinin, bu, bələdiyyələrin inkişafına bir dəstək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə