Məhkəməyə saxta sənədlər təqdim edən şəxs barədə cinayət işi açılıb
Bakı şəhər sakininin qanunsuz əməlləri barədə Nərimanov rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Zübeydə Abdullayevanın özünə məxsus mənzilindən Tahir Məcidovun çıxarılması barədə mülki iddia qaldırıb. Nərimanov rayon məhkəməsində baxılarkən, sonuncunun qarşılıqlı iddia verərək məhkəməni mənzilin guya Z.Abdullayeva tərəfindən ona satılmasını inandırmağa çalışmaqla və sübutlar kimi mənzilin onun mülkiyyətinə keçirilməsi barədə saxta ərizəni məhkəməyə təqdim etməklə mülki iş üzrə sübutları saxtalaşdırmasında əsaslı şübhələr yaranıb. Bununla əlaqədar Cinayət Məcəlləsinin 294.1 (sübutları saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB