TUMİB Sumqayıtda konfrans keçirib FOTO

TUMİB Sumqayıtda konfrans keçirib FOTO

Bu gün "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Dünya Azərbaycanlı Gənclərinin təşkilatı dəstəyi ilə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı layihəsi çərçivəsində Sumqayıt şəhərində, Nəriman Nərimanov adına Mədəniyyət evində konfrans keçirib.

TUMİB-dən SİA-ya verilən məlumata görə, konfrans dövlət himninin səslənməsi ilə başlanıb. Tədbiri "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov açaraq iştirakçılara layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin bizə qoyub getdiyi və hər bir azərbaycanlının qürurlanacağı azərbaycançılıq ideologiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur. Azərbaycançılığın ümumilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Ulu Öndərimizin adı ilə bağlıdır.

Tədbirdə TUMİB-in mətbuat xidmətinin rəhbəri- Jurnalist Araşdırmaları Mərkəzininm sədri Seymur Verdizadə, TUMİB – in İdarə Heyətinin üzvü- dr.Vüqar Şahbazlı, TUMİB-in "Gənclər Mərkəzi"nin sədri Aidə İmamova, gənc şairə Turanə Şamaxılı, vətəndaş Arif Quliyev və TUMİB-in Sumqayıt şöbəsinin idarəçisi-"Bilik Tədris Mərkəzi"nin müdiri Sənan Əsgərov çıxış ediblər.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, bu gün dünyada 60 milyona yaxın Azərbaycanlı yaşayır. Onların güclü olması üçün gənc nəslin milli ruhda yetişdirilməsi vacibdir.

Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə