Türkdilli ölkələrin inkişafı haqqında internet saytının yaradılması təklif olunub

Türkdilli ölkələrin inkişafı haqqında internet saytının yaradılması təklif olunub

TÜRKPA Baş Katibi cənab Jandos Asanov Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türkdilli ölkələrin və cəmiyyətlərin 3-cü Media Forumunda çıxış edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir Qırğızıstan İnformasiya, Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Respublikasının Baş Mətbuat və İnformasiya İdarəsinin birgə təşəbbüsü ilə həyata keçirilib.

TÜRKPA Baş Katibi öz çıxışında Türk dövlətləri arasında inteqrasiya proseslərinin gələcək inkişafı üçün qanunvericilik bazasının yaradılmasında TÜRKPA-nın rolu haqda fikirlərini bildirib. Türkdilli ölkələr arasında informasiya mübadiləsinin yetərli səviyyədə olmamasını nəzərə alaraq cənab J. Asanov Türkdilli ölkələrin inkişafı haqqında milli informasiya məkanlarını tam və dolğun informasiya ilə təmin edəcək internet saytının yaradılması təklifini irəli sürüb.

Həmçinin 3-cü Türk Media Forumu çərçivəsində TÜRKPA Baş Katibi Türkiyə Respublikası Parlamentinin Baş Mətbuat və İnformasiya İdarəsinin Direktoru cənab Murat Karakaya, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş Katibi cənab Halil Akıncı və Türkdilli ölkələrin və cəmiyyətlərin kütləvi İnformasiya vasitələrinin nümayəndələri ilə fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə