Musa Qasımlı “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda çıxışlar edəcək

Musa Qasımlı “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda çıxışlar edəcək

Milli Məclisin deputatı, politoloq, professor Musa Qasımlı noyabrın 13-15-də Ankarada keçiriləcək Türkiyə Cümhuriyyətinin qurulmasının və Lozan Konfransının 90 illiyinə həsr olunan beynəlxalq elmi simpoziumda çıxış edəcək. SİA-ya verilən məlumata görə, millət vəkili Lozan konfransı zamanı RSFSR Xalq Xarici İşlər Komissarı G.Çiçerinin Moskvaya göndərdiyi məxfi məktublarında "Sovet-Türkiyə münasibətləri" mövzusunda çıxışlar edəcək.

Politoloq eyni zamanda noyabrın 18 və 20-də Türkiyənin Ədirnə şəhərində keçiriləcək "Azərbaycan həftəsi" çərçivəsində "Azərbaycan-Türkiyə münasibətləri" mövzularında məruzə ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə