Dövlət Gömrük Komitəsində görüş keçirilib

Dövlət Gömrük Komitəsində görüş keçirilib

13-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoginin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DGK Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan Gömrük Xidməti arasında mövcud əlaqələrdən məmnunluqla söhbət açmış, əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.

A.Əliyev Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna da qısaca nəzər salıb, gömrük sisteminin respublikamız müstəqillik qazandıqdan sonra, xüsusilə 1995-ci ildən bu günə qədər beynəlxalq standartlara cavab verən təkmil bir struktura çevrildiyini diqqətə çatdırıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində gömrük sistemində sürətli ikişaf strategiyasına start verildiyini vurğulayan Komitə sədri istər qanunvericilik bazasının möhkəmləndirilməsində, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanarının rolundan danışıb, xüsusilə büdcə gəlirlərinin formalaşması, maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. DGK sədri ölkəmizin əsas giriş qapılarında gömrük keçid məntəqələrinin dünya standartlarına uyğun yenidən qurularaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verildiyini, mal və nəqliyyat vasitələrinin artıq avtomatlaşdırılmış qaydada gömrük nəzarətindən keçdiyini, bunun da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə müsbət təsirini konkret faktlarla nəzərə çatdırıb. Ölkəmizin gömrük sistemində xeyli müddətdir ki, "bir pəncərə" prinsipinin tətbiq edildiyini, bununla da rəsmiləşdirilmə sahəsində vaxt itkisinin minimuma endirildiyini bildirən DGK sədri Aydın Əliyev birbaşa təmasın olmadığını, artıq gömrük ödənişlərinin plastik kartlarla həyata keçirildiyini, gömrük idarələrində informasiya köşklərinin yaradıldığını, bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən "Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin bir neçə ildir qüvvəyə mindiyini diqqətə çatdıran DGK sədri məmnunluqla qeyd edib ki, bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur.

Səmimi qəbula və ətraflı məlumata görə Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyevə təşəkkür edən Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzogi respublikamızın hərtərəfli inkişafının onda xoş təəssüratlar yaratdığını bidirib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiyini bildirən R.Almarzogi respublikamızın sürətli inkişaf tendensiyasından razılığını ifadə etmiş, xüsusilə son illər gömrük sistemində əldə olunan nailiyyətlərin BVF tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Qədim "İpək Yolu"nun bərpası, bu ölkələr arasında mövcud əməkdaşlığın hazırki vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi zamanı DGK sədri Aydın Əliyev qonaqların diqqətinə çatdırıb ki, noyabrın 14-də Qəbələ şəhərində İpək Yolu Ölkələri arasında Ticarətə Yardım və onun asanlaşdırılması üzrə Gömrük İdarələrinin Roluna dair Beynəlxalq Forum öz işinə başlayacaq. Sayca 6-cı olan bu forumda İpək Yolu ölkələrində gömrük-sərhəd keçid prosedurlarının sadələşdirilməsi, tranzit sistemləri, gömrük-biznes əməkdaşlığına dair təcrübə mübadiləsi və s. məsələlər müzakirə ediləcək.

Görüşdə həmçinin, gömrük daxilolmalarının həcmində son təmayüllər, tətbiq olunan imtiyazlar, 2014-2015-ci illər üzrə müvafiq proqnoz göstəriciləri və hesablamalar, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesində mövcud vəziyyət müzakirə edilib, qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə