"Altay Göyüşovun işdən azad olunmasında heç bir siyasi çalar yoxdur"
"BDU-nun dosenti Altay Göyüşovun işdən azad edilməsi ilə bağlı hələlik konkret qərar olmasa da, məsələyə universitetin aidiyyatı qurumlarında baxılır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib.
Onun sözlərinə görə, Altay Göyüşov hazırda universitetin dosenti olmaqla yanaşı, İslam Araşdırmalar Mərkəzinin də aparıcı elmi işçisidir: "BDU bir meddət öncə onu Amerikaya uzunmüddətli elmi ezamiyyətə gönrədmişdi ki, oradakı təhsil təcrübəsini Azərbaycanda tətbiq edə bilsin. Xaricdən qayıtdıqdan sonra onun işindən səmərəli istifadə etmək məqsədi ilə İslam Araşdırmalar Mərkəzində aparıcı elmi işçi vəzifəsi ilə bərabər, universitetin dosenti vəzifəsi verildi. O, mərkəzdə fəaliyyət göstərməklə universitetə də qrant layihələr gətirməli idi. Lakin, o bunun əksini etdi. O nə işə gəldi, nə də ki hər hansı bir layihə ilə çıxış etdi. Görünür Amerikada olarkən onda belə bir fikir formalaşmışdı ki, aylarla işə getməmək olar. Məndə isə belə fikir yaranmışdı ki, o, Amerikaya ailəsinin yanına qayıtmaq istəyir və bu yolla spekulyasiya edərək müəyyən dairələrdən dəstək almaq istəyir. Guya ki, onu burada sıxışdırır və işləməyə imkan vermirlər".
Rektor onu da əlavə edib ki, onun müəllim kimi fəaliyyəti bundan sonra araşdırılacaq və konkret qərar veriləcək: "Lakin o, hələ də universitetin işçisi olaraq qalır. Bütün baş verənlərə araşdırmaların yekunundan sonra qərar veriləcək. Ola bilsin ki, onu işdən azad etmədik. Ona dəfələrlə xəbərdarləq edilib ki, sənin məsələnə baxılacaq. O da bundan narahat olaraq "facebook" sosial şəbəkəsində yazıb ki, guya ondan işdən çıxmaq üçün ərizə tələb edirlər".
Rektor bildirib ki, bütün hallarda onun işdən azad olunmasında heç bir siyasi çalar yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB