ATGTİ Tələbə Təcrübə Proqramının təqdimatını keçirəcək

ATGTİ Tələbə Təcrübə Proqramının təqdimatını keçirəcək

14 noyabr saat 11:00 da "Park İnn" hoteldə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) reallaşdırdığı Tələbə Təcrübə Proqramının təqdimatı keçiriləcək. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə, bu layihə ATGTİ-nin həyata keçirdiyi Tələbə Təcrübə Proqramı hal-hazırda dövlət və özəl şirkətlər ilə əməkdaşlıq edərək, tələbələrin bir çox müəssisələrdə təcrübə keçməsini təmin edir. İndiyə qədər Proqram çərçivəsində "Atəşgah" Sığorta, "Bakıelektrikşəbəkə" ASC, Bank Respublika, "Ömür" Klinikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Təmiz Şəhər" ASC ilə birgə təcrübə proqramları həyata keçirib. Keçirilən təcrübə proqramlarında 60-dan çox tələbə iştirak edib.

Qeyd edək ki, tədbirdə ATGTİ-nin sədri Şahin İsmayilov, Gənclər və İdman Nazirliyi, "Təmiz Şəhər" ASC və "Sağlam Ailə" tibb mərkəzindən nümayəndələr, eləcə də 70-ə yaxın özəl və dövlət qurumlarının nümayəndləri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə