Qarğıdalı yağlarının ekspertizası keçirilib

Qarğıdalı yağlarının ekspertizası keçirilib

Azad İstehlakçılar Birliyi (AİB) yeni tədqiqatlara başlayıb. SİA-nın verdiyi xəbərə görə, bu günlərdə satış şəbəkəsindən alınmış 16 növ duru qarğıdalı yağının ekspertizası keçirilib. Bu istək istehlakçılara AİB-ə il ərzində daxil olan çoxsaylı telefon zənglərinə rəğmən baş verib. İsteklakçılar qarğıdalının quru məhsul olması, ondan yağ alına bilməsinin bəzən şübhə doğurduğunu bildirib. Bütün bu şübhələrə son qoymaq üçün AİB mütəxəssisləri qarğıdalı yağına məxsus olan yağ turşularının çeşidini, mövcud standartlara görə, yağda onun miqdarını müəyyən etmiş və marketlərdən alınan yağlar yalnız AİB-in sədri tərəfindən kodlaşdırılaraq eyni şüşə qablara boşaldılıb ekspertizaya verilib. Ekspertizada AİB-in mütəxəssisləri bilavasitə iştirak edib, nəticələrin ədalətli, qərəzsiz olması üçün bütün imkanlardan istifadə olunub.

Nəzərinizə çatdıraq ki, bu ölkə tarixində ilk müstəqil ekspertizadır.

Qeyd edək ki, ekspertizaların nəticələrində göstərilib ki, bütün yağlar həqiqətən qarğıdalı yağıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə