Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "NUR" Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən "Olimpik Novxanı hotel"də "Qürur Gənclər Düşərgəsi" keçirilir. Layihənin həyata keçirilməsində başlıca məqsəd gənclərdə milli vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənpərvərlik hissinin aşılanması və Azərbaycan haqqında biliklərinin artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidi.15-18 yaşlı gənclərin iştirak etdiyi düşərgə özündə iki fəaliyyəti – təlim və əyləncə tədbirlərini birləşdirir. Təlimlər "Azərbaycan, onun tarixi, mədəniyyəti, dövlət atributları", "Silahlı münaqişələr və Azərbaycanıın ərazi bütovlüyü", "Vətənpərvərlik ruhunun tərbiyəsi və bu sahədə gənclərin təşəbbüskarlığının artırılması", "Gənclərin iştirakı və liderlik", "Sosial şəbəkələrdən istifadə, virtual aləmdə Azərbaycan reallıqlarının təbliği və gənclər arasında vətənpərvərlik aksiyalarında həmrəyliyin artırılması" və digər mövzuları əhatə edir.
Noyabrın 12-si Konstitusiya Günündə başlayan düşərgənin açılış mərasimində "NUR" Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova çıxış edərək gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi tədbirlərinin, eləcə də gənclərin təşəbbüskarlığının artırılmasının vacibliyini qeyd etmiş və bu istiqamətdə təşkilat tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra düşərgənin qonaqları "Yeni həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova və "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov çıxış etmiş və düşərgənin işinə uğurlar arzulayıb.
Düşərgənin "Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri" adlı sessiyası BDU-nun dosenti, Qarabağ müharibəsi veteranı, tarix e.n. Atamoğlan Məmmədlinin maraqlı mühazirəsi və müzakirələrlə davam etdirilib. Düşərgənin ilk günü iştirakçılar arasında "Vətəni tanı" müsabiqəsi və "Dədə Qorqud" filminə baxış keçirilib.
Düşərgə noyabrın 15-də başa çatacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB