Dumanlı hava şəraiti davam edəcək

Dumanlı hava şəraiti davam edəcək

"Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam isə buludluğunun artacağı gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq". Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, noyabrın 14-də paytaxtda və yarımadada havanın temperaturu gecə 9-12, gündüz 17-22 dərəcə isti olacaq.

Şöbə müdiri bildirib ki, sabah ölkənin bölgələrində hava şəraiti əsasən yağmursuz keçəcək: "Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin olacağı proqnozlaşdırılır. Bəzi cənub və şərq rayonlarında, əsasən Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 6-11, gündüz 16-21, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə