2013-cü ilin oktyabrın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 274 342 nəfər təşkil edir. Cəmi əmək pensiyası alan şəxslərin 39,5 faizi kişilərdən, 60,5 faizi isə qadınlardan ibarətdir. Onlardan 62,2 faizi yaşa görə, 27,1 faizi əlilliyə gərə, 10,7 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır. SİA-nın verdiyi məlumata görə, yeni sığorta-pensiya sistemində pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında ədalətli bölgüsünə imkan yaradıb. Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsində pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 28,5 manat olduğu halda, cari ilin oktyabrın 1-nə bu məbləğ 170 manata, o cümlədən yaşa görə əmək pensiyaları üzrə orta aylığ məbləğ 187,6 manata çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB