Digər paylayıcı elektrik şəbəkələrində olduğu kimi, "Xaçmaz EŞ"də də istehlakçılara xidmətin səviyyəsinin daha da yüksəldilməsi, texnoloji itkilərin azaldılması, sərf olunmuş enerjinin dəyərinin vaxtında ödənilməsi üçün kollektiv öhdəsinə düşən işi layiqincə yerinə yetirmək üçün bütün qüvvəsini səfərbər edib. Hazırda burada qış mövsümünə hazırlıqla bağlı təmir işləri tədbirlər planına uyğun davam etdirilir. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müəssisədən ötürücü və paylayıcı şəbəkənin istismar səviyyəsinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə enerji təchizatının dayanıqlığını təmin etmək üçün istismarçılar böyük səy göstərirlər. Elektrik verilişi xətləri (EVX), transformator və komplekt transformator məntəqələrinin (TM və KTM) cari və əsaslı təmiri əvvəlcədən tərtib edilmiş cədvəl əsasında aparılır. Qeyd edək ki, mövsümə hazırlıq tədbirləri çərçivəsində cari ilin son üç ayı ərzində 10, 6 və 0,4 kV-lik EVX-lərin ümumilikdə 1,5 kilometrdən artıq hissəsində müxtəlir təyinatlı təmir işləri həyata keçirilib ki, bu da tələbatçıların daha kefiyyətli elektrik enerúisi ilə təmin olunmasına imkan yaradır. Mənbəyə istinadən onu da qeyd edək ki, sözügedən dövrdə 15 TM-də təmir işləri reallaşıb. Bundan əlavə müxtəlif gücdə 2 transformator da təmir edilərək istehlakçıların xidmətinə verilib.
Digər görülmüş işlər barəsində də məlumat verən mənbə onu da bildirib ki, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 74 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 105,7 min kilovatsaatdan artıq (bunun 25,2 min kilovatsaata yaxını məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 1,7 min manata yaxın istehlak dəyəri bərpa edilib. Onu da qeyd edək ki, sözügedən müəssisə üzrə cari ilin 9 ayı ərzində isə 700-ə yaxın qayda pozuntusu aşkar edilərək akt tərtib olunub, 2 milyon 686,3 min kilovatsaata yaxın (bunun 1 milyon 21,1 min kilovatsaatdan çoxu məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 161,2 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da bildirdi ki, cari ilin sentyabr ayında müəssisə üzrə 10,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 398 min kilovatsaat azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş isə mütləq 9 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 968 min kilovatsaata yaxın azalaraq 5 milyon kilovatsaatdan çox olub. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 9 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyon kilovatsaata yaxın artaraq 107,6 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyon kilovatsaatdan çox azalaraq 64,3 milyon kilovatsaatdan artıq olub. Ödənişdə mütləq artım isə 7 faizdən artıq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB