Bakı ilə Sumqayıt arasında alternativ nəqliyyat sistemi yaradılmalıdır

Bakı ilə Sumqayıt arasında alternativ nəqliyyat sistemi yaradılmalıdır

"Bakı ilə Sumqayıt arasında Xırdalan, Ceyranbatanı əhatə etməklə alternativ nəqliyyat sistemi yaradılmalıdır. Sumqayıt bu gün inkişaf edən, quruculuq işlərinin geniş vüsət aldığı müasir bir şəhərdir. Şəhərdə böyük işlər görülür. Cənab prezident son illərdə dəfələrlə şəhərimizdə olub və "Bakı standartlarına uyğun şəhər"prinsipini irəli sürüb ki, bu gün də bu vəzifə uğurla reallaşmaqdadır". SİA-nın məlumatına görə, bunu Sumqayıtı təmsil edən millət vəkili Leyla Abdullayeva təklif edib.

O bildirib ki, digər narahatedici bir məsələ də Sumqayıt-Bakı yolunda yaşanan böyük tıxaclarla əlaqədardır: "Bu yolda mütəmadi olaraq tıxaclar yarandığı hamımıza məlumdur. Əhalinin alıcılıq qabiliyyəti artır, hamının şəxsi avtomobili var. Eyni zamanda, həm Bakı, həm də Sumqayıt böyüyür, gəlib-gedən insanların sayı artır. Belə görünür ki, bu tıxac problemi aktuallığını hər zaman saxlayacaq. Artıq bir müddətdir ki, Bakı ilə Sumqayıt arasında şəhər statusu almış başqa bir şəhər- Xırdalan da var. Bütün bunları nəzərə alaraq, gələcəkdə Xırdalan şəhəri, günü-gündən böyüyən Ceyranbatan qəsəbəsi, Sumqayıt, Hacı Zeynalabdin Tağıyev qəsəbələrini əhatə edən bir alternativ nəqliyyat sistemininin yaradılmasını təklif edərdik. Bu, ancaq metro stansiyaları deyil, müasir, yüksək standartlara cavab verən elektik qatarları və ya yerüstü sürət qatarları da ola bilər. Dövlətimizin maliyyə imkanları buna imkan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə