Səudiyyə Ərəbistanının geniş oxucu auditoriyasına malik "Əs Şərq Əl-Avsat" qəzetində "Heydər Əliyev Mərkəzi Bakının gözəl mədəniyyət simasıdır" sərlövhəli məqalə dərc edilib.
Məqalədə Heydər Əliyev Mərkəzinin açılış mərasimi haqqında məlumat verilib. Bildirilib ki, mərasimdə Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri, müxtəlif ölkələrdən məşhur memarlar iştirak ediblər. Qonaqlar müasir memarlığın incilərindən sayılan, son illərin dünya memarlıq layihələri sırasında ilk yerlərdən birini tutan Heydər Əliyev Mərkəzinin binası ilə yaxından tanış olublar.
Məqalədə binanın layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadidin həyat və yaradıcılığı haqqında da məlumat verilib, Heydər Əliyev Mərkəzinin arxitektura incəliklərinin, dizaynının, xarici və daxili görünüşünün bir-birini tamamladığı, öz aurası ilə hamını heyran qoyduğu qeyd olunub.
Müəllif Azərbaycan memarlığının qədim tarixi və zəngin ənənələrinin olduğunu, bu gün də ölkəmizdə tanınmış memarlar tərəfindən gözəl abidələrin yaradıldığını vurğulayıb.
Məqalədə Heydər Əliyev Mərkəzinin fəaliyyəti, binanın quruluşu haqqında ətraflı məlumat yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB