Lənkəran-Lerik yolunda yenidən sürüşmə baş verib

Lənkəran-Lerik yolunda yenidən sürüşmə baş verib

Son günlərdə cənub bölgəsinə yağan intensiv yağışlar Lənkəran-Lerik yolunda torpaq sürüşməsinin yenidən aktivləşməsinə səbəb olub. SİA-nın Cənub bürosunun məlumatına görə, yolun 17-18-ci km-də noyabrın 12-də səhər saatlarında baş verən növbəti uçqun nəticəsində yola torpaq, gil qatı və qaya parçaları tökülüb. Bu səbəbdən yolda nəqliyyatın hərəkətində fasilələr yaranıb.

43 saylı Lerik Yol İstismar İdarəsinin rəisi Elxan Əliyevin sözlərinə görə, hadisə yerinə cəlb edilmiş ağır texnikanın müdaxiləsi nəticəsində yol təmizlənib. Sürüşmələrin və torpaq uçqunlarının payız-qış və yaz aylarında, yağıntıların intensivləşdiyi vaxtda aktivləşməsi sürücüləri ciddi narahat edir.Sözügüdən yolda nəqliyyatın hərəkətinin dayanmaması məqsədilə ağır texnika və mütəxəssislər növbə çəkir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə