Avropada da güclü qasırğalar başlayıb

Qasırğa ölkənin əsas memarlıq abidələrindən olan Qədim Dəyirmanın divarının bir hissəsini uçurub
Avropada da güclü qasırğalar başlayıb

Xorvatiyanın Şimal rayonlarına güclü qasırğa baş verib. Sürəti saniyədə 60 metrə çatan şiddətli külək ağacları yerindən çıxarıb, çəpərlər və reklam lövhələrini aşırıb. Varacin şəhərində bir kişi kökündən çıxan ağacın altında qalaraq dünyasını dəyişib. İri ticarət limanı Riyekanın ətrafında 20-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yerli rəsmilər zərərçəkənlərin əksəriyyətinin aşan ağaclar və binalardan qopan dam örtükləri ilə əlaqədar xəsarət aldığını bildirir.

Qasırğa eyni zamanda ölkənin əsas memarlıq abidələrindən olan Qədim Dəyirmanın divarının bir hissəsini uçurub. Ölkənin Daxili İşlər Nazirliyi yaranmış vəziyyətlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Şiddətli küləklər paytaxt Zaqrebin əsas hava limanının işinə əngəl olmayıb. Təyyarələrin qrafik üzrə qalxdığı və endiyi bildirilir.

Məlumata görə yerli meteoroloqlar artıq bazar ertəsi və çərşənbə axşamı gözlənilən güclü şimal küləyi ilə bağlı "Qırmızı" xəbərdarlıq elan edib. Yeni qasırğanın Şimali Adriatik regionundan, Velebit kanalı yaxınlığına keçəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə