Ölkəmizdə səfərdə olan Saloniki şəhər meri İoannis Boutarisin rəhbərlik etdiyi nümayəndə heyəti gənclər təşkilatları ilə görüş keçirib. SİA-nın məlumatına görə, tədbirdə bildirilib ki, Saloniki şəhəri 2014-cü ildə Avropanın gənclər paytaxtı seçilib və bu şəhərdə müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Tədbirdə vurğulanıb ki, Salonikidə keçiriləcək tədbirlərə Gənclər və İdman Nazirliyi dəvətlidir.
Tədbirdə çıxış edən mədəniyyət və turim nazirinin müavini Nazim Səmədov bildirib ki, Yunanıstanda maddi problemlər var. Onun sözlərinə görə, Saloniki şəhərinin gənclər şəhərciyi seçilməsi də maddi problemlərin müəyyən qədər aradan qalxmasına imkan yaradacaq.
Daha sonra tədbirdə çıxış edən Saloniki şəhər meri İoannis Boutaris bildirib ki, şəhərin gənclərin paytaxı seçilməsi vətəndaşların bir sıra problemlərinin aradan qalxmasına yardım edəcək: "Hesab edirəm ki, Mədəniyyət və Turizm Nazirliyi ilə əməkldaşlığımız davamlı olacaq. Ölkəmidə keçiriləcək tədbirlərdə sizin də iştirakınızı gözləyirik".
Tədbir müzakirələr əsasında davam edib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəvəti ilə baş tutan səfər çərçivəsində Saloniki şəhərinin meri İoannis Boutarislə yanaşı, turizim məsələlərinə məsul müşaviri Spyridon Pengas , merin köməkçisi Eleni Sotiriou və "Avropa Gənclər paytaxtı 2014"ün koordinatoru Charalampos Papaioannou da ölkəmizdədirlər.
Səfər zamanı Azərbaycanla gənclər və idman sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərin müzakirəsi nəzərdə tutulub. Səfər proqrami çərçivəsində nümayəndə heyəti tərəfindən Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarının və Şəhidlər Xiyabanının ziyarət edilməsi, "Dövlət Bayrağı" Meydanı və Heydər Əliyev Mərkəzi ilə tanışlıq, həmçini qonaqların iştirakı ilə Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyinin nümayəndələri və bir sıra rəsmilərlə görüşlər keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB