Azərbaycanda 10-cu Debat Mərkəzi Şəmkirdə fəaliyyətə başlayıb

Azərbaycanda 10-cu Debat Mərkəzi Şəmkirdə fəaliyyətə başlayıb

DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) tərəfindən "Zəka" Gənclərin İntellektual İnkişafı və Yaradıcılıq Mərkəzi ilə birgə 10 noyabr 2013-cü il tarixində Şəmkir Debat Mərkəzinin açılışı olub. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şəmkirdə yerləşən "Zəka" Gənclərin İntellektual İnkişafı və Yaradıcılıq Mərkəzində yerli debatçıların iştirakı ilə baş tutan Açılış Mərasimində Əməkdaşlıq Memorandumu imzalanıb və Surxay Payaşev Şəmkir Debat Mərləzinin rəhbəri təyin olunub. Debat Mərkəzin açılış mərasimində Azərbaycan gəncliyi, onun inkişaf yolu və göstərilən dəstəyi qeyd edən "Zəka" Gənclərin İntellektual İnkişafı və Yaradıcılıq Mərkəzinin Direktoru Araz Paşayev, Şəki Debat Mərkəzinom gələcək planları haqqında danışıb: "Bu təşəbbüsü dəstəklədiyinə görə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinə təşəkkür edir, Debat Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzu edirik".

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin Sədri Seymur Hüseynov, təşkilatın 15 illik fəaliyyəti, inkişaf yolu barədə öz çıxışında qeyd edib: "Debatın regionlarımızda təbliğ olunması region gənclərinin maarifləndirilməsi baxımından əhəmiyyətlidir. Yaradılan Şəmkir Debat Mərkəzi gəcəkdə fəaliyyəti ilə seçiləcək bir mərkəz olacağına inanır və uğurlar arzu edirik".

Şəmkir regionunda yaşayan gənclərin maarifləndirilməsi məqsədilə yaradılan Şəmkir Debat Mərkəzi, təşkilatın "Dəyişikliklərə imkan yaradırıq!" devizinin yerdə reallaşdırılması üçün açılmışdır. Əsas faəliyyəti gənclərin təşəbbüslərinin dəstəklənməsi və gənclər üçün müxtəlif xidmətlərin göstərilməsi ilə cəmiyyətin maarifləndirilməsidir.

Qeyd edək ki, Şəmkir Debat Mərkəzi DVC ("Vətəndaş Cəmiyyətində Debat" İB) məxsus sayca 11-ci mərkəzdir. Belə ki, bu gün artıq Bakı, Sumaqyıt, Qusar, İsmayıllı, Şəki, Gəncə, Ağdam, Biləsuvar, Sabirabad, Lənkəranda Debat Mərkəzləri fəaliyyət göstərir və respublikanın 10 iqtisadi rayonunu əhatə edir.

Şəki Debat Mərkəzinin yerli tərəfdaşı "Zəka" İntellektual Gənclər Mərkəzi 2013-cü ilin sentyabr ayında cənab prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Orijinal layihə əsasında tikilmiş Mərkəzin yaradılmasında əsas məqsəd regionda gənclərin intellektual inkişafına şərait yaratmaq, istedadlı gənclərin yaradıcılıq potensialının inkişafını dəstəkləmək və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi istiqamətində müvafiq işlər aparmaqdan ibarətdir.

DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən "Debat" təhsil proqramı kimi başlanıb. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. DVC hal-hazırda 33000 üzv, 45 region, 10 nümayəndəlik, 90-dən artıq təhsil müəssisəsi olmaqla geniş gənc şəbəkəsi qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə