ATGTİ konfrans keçirəcək

ATGTİ "İnsan kapitalının formalaşmasının fəlsəfi psixoloji mexanizmi" adlı konfrans keçirəcək. ATGTİ-dən SİA-ya verilən məlumata görə, cari ilin 13 noyabr tarixində saat11:00 da Azərbaycan Pedoqoji Universitetinin böyük akt zalında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı(ATGTİ) İnsan kapitalının geniş şəkildə öyrənilməsi məqsədilə "İnsan kapitalının formalaşmasının fəlsəfi-psixoloji mexanizmi" adlı layihə həyata keçirəcək.

Konfransın əsas məqsədi elmi inkişafla milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq və elm,ali təhsil və iqtisadiyyat arasında harmoniyanın təmin edilməsi yollarını araşdırmaqdır. Konfransda Azərbaycanda insan kapitalının inkişafı üçün müxtəlif ölkələrin bu sahədə olan təcrübələrinin tədqiq edilməsi və yerli şəraitə uyğunlaşdırılaraq ölkəmizdə tətbiq edilməsinin zəruriliyi haqqında çıxışlar dinləniləcək.

Qeyd edək ki, konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ziyad Səmədzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bəxtiyar Əliyev, ATGTİ-nin sədri Şahin İsmayılov , ADPU-nun rektoru prof. Yusif Məmmədov və Azərbaycan Dövlət Neft Akademiyasının İctimai fənlər kafedrasının müdiri İmran Cəfərzadə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə