"Sağlam Gəncliyə Doğru İctimai Birliyi" Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Gənc sahibkarlar akademiyasi" adlı yeni layihəsini həyata keçirəcək. SİA-ya daxil olan məlumata görə, təlimə 14 Noyabr 2013-cü il tarixindən etibarən Masallı şəhərində start veriləcək.
Layihədə Azərbaycanın müxtəlif bölgələrindən seçilmiş 14-29 yaş həddinə daxil olan gənclər arasında aşağıda qeyd olunan mövzularda təlimlər keçiriləcək.
- biznes plan- biznes planın hazırlanması, yazılmasi, strukturu.
- biznesə başla- biznesə başlamağın psixoloji baryerləri
- menecement -idarəçiliyin əsasları, menecerin funksiyalari, sahibkarın davranış kodeksi, idarəçilikdə müasir yanaşma
- motivasiya- şəxsi motivasiyanın yaradılması, kollektivin idarə olunmasında motivasiyanın rolu
- vaxtın səmərəli idarəçiliyi
- marketinq- məhsulun təqdimatı,marketinqin əsasları mövzularında təlimlər keçiriləcək.
Eyni zamanda gənclər asudə vaxtlarını səmərəli keçirmələri üçün intelektual oyunlar,film saatları və əyləncəli partilər təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB