Musa Qasımlı AZTV-nin tərkibində uşaq televiziyasının açılmasını istədi
"Əgər elm sahəsində sağlam rəqabət olmasa, büdcədən nə qədər vəsait ayrılsa da, elm inkişaf etməyəcək. Bunun üçün qabaqcıl ölkələrin təcrübəsindən yararlanmaq lazımdır. Bu məsələ gələn ilin dövlət büdcəsində nəzərə alınmalı idi". SİA-nın məlumatına görə, bunu parlamentdə büdcə müzakirələri zamanı millət vəkili Musa Qasımlı deyib.
Elm üçün nəzərdə tutulan xərclərin keçən illə müqayisədə 12,5 faiz artmasının müsbət addım olduğunu deyən millət vəkili qeyd edib ki, elm təyinatlı infrasturukturların yaradılmasına vəsaitin ayrılması da önəmlidir: "Təhsilə ayrılan xərclərin artırılması müsbətdir. İstedadlı gənclər üçün vəsaitin ayrılması dövlətin istedadlı olan gənclərə qayğısının nəticəsidir. Ən ucqar dağ kəndlərində ən müasir avadanlıqlarla məktəblər tikir. Hörmətli təhsil nazirimiz təhsilimizə keyfiyyətin gəlməsini düşünməlidir və bu məsələ ciddi nəzərə alınmalıdır".
Millət vəkili həmçinin ölkədə uşaq televiziyasının yaradılmasının vacibliyini də vurğulayıb: "Mütləq şəkildə uşaq televiziyası yaradılmalıdır. Bu telekanal özəl yox, yalnız AzTV-nin nəzdində yaradılmalıdır. Uşaq televiziyasını özəl kanallar şəklinə salmaq olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB