Tədbirlər davam edir FOTO

Elektrik enerjisinin daha da keyfiyyətli paylanması üçün və elektrik verilişi xətlərində texnoloji itkilərin aradan qaldırılması məqsədilə müəssisənin balans mənsubiyyətindəki xətlərdə və transformator məntəqələrində mühüm tədbirlər icra edilməkdədi. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya daxil olan məlumatda belə qeyd edilir.

"Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Ümimiyyətlə, elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılara qarşı daha sərt tədbirlər görülür", – deyən mənbə onu da vurğuladı ki, cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 33 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 53,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,2 min manatdan artıq istehlak dəyəri bərpa edilib.

Onu da qeyd edək ki, burada cari ilin 9 ayı ərzində isə 156 qayda pozuntusu faktı aşkar olunmuş, 580,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 34,8 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmiş və debitor borcun qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.

Mənbə onu da bildirib ki, cari ilin sentyabr ayında müəssisə üzrə 5,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 58 min kilovatsaat çoxdu. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 min kilovatsaatdan çox artaraq 2,4 milyon kilovatsaata yaxın olub. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 9 ayı ərzində müəssisə üşrə ümumi istehlak 55,4 milyon kilovatsaata yaxın olub. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 685 min kilovatsaatdan çox artmış, ödəniş isə mütləq artım isə 3 faizə yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 356 min kilovatsaatdan çox azalaraq 23 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 2 faizdən çox olub.

Yeri gəlmişkən, burada yanğın təhlükəsizliyinin təmin edilməsi haqqında nəzərdə tutulan tədbirlər həyata keçirilir. O cümlədən, yağ tutumlu avadanlıqlarda yanğın təhlükəsizliyi təmin edilib, EVX-lərinin mühafizə zonalarının və TM-lərin ərazilərinin quru otlardan və kənar əşyalardan, transformatorların özülü və gövdəsi çirkli yağ örtüyündən təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə