Ukraynanın Vinnitsa şəhərində Azərbaycan-Ukrayna gənclərinin "Sərhədsiz gənclər" devizi altında mədəniyyətlərarası dialoq forumu keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Vinnitsa vilayət adminstrasiyasının binasında baş tutan forumun açılış mərasimində çıxış edən Vinnitsa vilayət adminstrasiyasının rəhbərinin birinci müavini Lyubov Spridonova forum iştirakçılarını salamlayaraq, ölkələr arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək, iki qardaş ölkə arasında dostluq münasibətlərinin inkişafından gənclərin rolunun vacibliyini vurğulayaraq, forumun işinə uğurlar arzu edib.
Rəsmi tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarənin rəisi Raqif Abbasov, səmimi qəbula və forumun yüksək səviyyədə təşkil edilməsinə görə Vinnitça vilayətinin rəhbərliyinə və forumun təşkilatçılarına dərin minnətdarlıqını bildirib. Raqif Abbasov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Ukrayna-Azərbaycan dostluq münasibətlərinin bu gün iki ölkə prezidenti tərəfindən yüksək səviyyədə davam etdirildiyini vurğulayaraq, bu sahədə hər iki ölkə gəncliyinin üzərinə düşən öhdəliklərdən və qarşıda duran əməkdaşlıq proqramlar haqqında öz fikirini bildirib.
Açılış mərasimində çıxış edən Azərbaycanın Ukraynadakı səfirinin birinci katibi Sübhan Hüseynli, Vinnitsa şəhər merinin müavini Valetina Baletskaya və digər rəsmi şəxslər Azərbaycan və Ukrayna Gənclər və İdaman Nazirliklərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən forumu yüksək qiymətləndirərək, belə tədbirlərin keçirilməsini təqdirə layiq hal kimi dəyərləndiriblər.
Sonra forum öz işini "Gənclərin aktuall problemlərin həll olunmasında rolu", "Gənclərin ictmai fəaliyyəti: reallıqlar, imkanlar, prespektivlər" mövzüları üzrə panel müzakirələr və təqdimat formatında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB