İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, itkilərin azaldılması məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi energetiklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi "Mingəçevir Regional Elektrik Şəbəkəsi"ndə (REŞ) də payız-qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, tədbirlər planında nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilmiş və yanğın təhlükəsizliyi ilə bağlı bir ıra tədbirlər həyata keçirilib. Şəbəkədən Mingəçevir şəhəri, Bərdə, Yevlax, Ağdaş, Tərtər, Ağdam, Ağsu, Ucar, Göyçay, Naftalan və Goranboy inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində və yarımstansiyalarında cari ilin son üç ayı ərzində görülmüş cari və əsaslı təmir işləri barəsində "Azərenerji" ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sözügedən dövr ərzində balans mənsubiyyətinə aid 35 kV-lik "Kələntərli", "Şirvanlı", "Qərvənd", "Yeni Həyat" və digər elektrik verilişi hava xətlərində (EVHX) müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, o cümlədən 8 kilometrə yaxın hissəsində əsaslı və cari təmir işləri görülüb.
Qeyd edək ki, bu müddət ərzində 110 kV-lik I-II "Yevlax", "Usar", "Bərdə-Tərtər" və digər EVX-lərin isə 5,8 kilometri təmir edilib və eyni zamanda xeyli sayda izolyator dəyişdirilib, bəzi dayaqlarda kontur torpaqlanması bərpa edilib. Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, analoji təmir işləri 220, 330 və 500 kV-lik EVX-lərdə də həyata keçirilib. Ümumilikdə həmin bu xətlərin 30 km-dən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri aparılıb. O cümlədən xəttin trassası yaşıl kütlədən təmizlənib.
Yeri gəlmişkən, aidiyyəti yarımstansiyalar üzrə də bir sıra tədbirlər yerinə yetirilib. EŞ-in xidməti ərazisində vaxtında həyata keçirilib. hazırlıq işləri hazırkı iqlim şəraitində elektrik enerjisinin daha da keyfiyyətli və dayanıqlı ötürülməsi üçün geniş imkan yaradıb.
Mənbənin verdiyi məlumata əsasən, sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq, şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB