Saloniki merinin Azərbaycana rəsmi səfəri başlayıb

Saloniki merinin Azərbaycana rəsmi səfəri başlayıb

rn Saloniki şəhərinin "Avropa Gənclər paytaxtı 2014" seçilməsi nəzərə alınaraq şəhərin turizim imkanlarının təqdimatının keçirilməsi və bu istiqamətdə Azərbaycanla bir sıra layihələrə imza atılması məqsədi ilə şəhər meri İoannis Boutarisin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qurumun dəvəti ilə baş tutan səfər çərçivəsində Saloniki şəhərinin meri İoannis Boutarislə yanaşı, Bələdiyyənin turizim məsələlərinə məsul müşaviri Spyridon Pengas , merin köməkçisi Eleni Sotiriou və "Avropa Gənclər paytaxtı 2014"ün koordinatoru Charalampos Papaioannou da ölkəmizdədirlər.

Səfər zamani Azərbaycanla gənclər və idman sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub. Səfər proqrami çərçivəsində nümayəndə heyəti tərəfindən Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarının və Şəhidlər Xiyabanının ziyarət edilməsi, "Dövlət Bayrağı" Meydanı və Heydər Əliyev Mərkəzi ilə tanışlıq, həmçini qonaqların iştirakı ilə Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyinin nümayəndələri və bir sıra rəsmilərlə görüşlər keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə