Aztəminatlı ailələrə yardım edilib FOTOLAR

Aztəminatlı ailələrə yardım edilib FOTOLAR

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan aztəminatlı ailələrlə görüş keçirilib. SİA-ya verilən məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, aparatın şöbə müdirləri, rayon ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev bu günkü günün əhəmiyyətindən danışıb. Sabitlik və inkişaf təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Möhətərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin əsas məqsədinin hər bir vətəndaşın qeydinə qalmaq olduğunu bildirib.

Daha sonra çıxış edən Filyar Həsənova göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə sakinlər adından minnətdarlığını bildirib.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 100 aztəminatlı ailəyə rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə