Məlum olduğu kimi magistratura pilləsində oxuyanların çox hissəsini gənc və yeni ailə qurmuş insanlar təşkil edir. Bu baxımdan ailəli insanların magistr pilləsində ödənişli əsaslarla təhsil almaları nə qədər doğurudur?
Məslə ilə bağlı SİA-ya açıqlama verən Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev qeyd edib ki, bu məslə müzakirə mövzusu ola bilməz: "Magistr pilləsində təhsil alanların gənc ailə olmalarının magistraturanın ödənişli və ya ödənişsiz olmasına aidiyyəti yoxdur. Belə ki, magistr pilləsində təhsil alanlar əvvəlcədən ödənişli və ya ödənişsiz təhsil almalarını imtahan zamanı topladıqları ümumi ballarla qərar vermiş olurlar. Bu gün faktdır ki, yüksək bal toplayan həm magistrlər, həm bakalavrlar dövlət hesabına və dövlət sifarişi ilə təhsil alırlar. Qəbul zamanı universitetlər də əvvəlcədən qeyd edirlər ki, yüksək bal toplyanlar ali təhsil ocaqlarının, aşağı bal toplayanlar isə öz hesablarına oxumalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB