İslam ölkələrində uşaq problemlərin həllinə dair Bakı Bəyənnaməsi qəbul edilib
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına (İSESCO) üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərin "İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri" adlı IV konfrans başa çatıb. SİA-nın məlumatına görə, konfransın sonunda islam ölkələrində uşaq poblemlərinin həllini özündə əks etdirən "Bakı Bəyannaməsi" qəbul edilib.
Bəyənnamə ilə bağlı danışn İSESCO-nun baş direktpru Əbdüləziz İbn Osman-Əl Tüveycri bildirib ki, Bəyannamədə birbaşa uşaqların təhsil və sosial hüquqlarının müdafiəsi öz əksini tapıb. Onun sözlərinə görə, bəyənnamədə küçə uşaqlarının problemləri və onun qarşısının alınması ilə bağlı məsələlər də yer alıb:" Bakı Bəyənnaməsində ən maraqlı və aktual məsələ Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən uşaqlardır ki, sənəddə onların həyatları haqqında bənd var. Bundan əlavə bəyənnamədə qeyd edilib ki, Azərbaycan torpaqları işğal edilib. Bəyənnamədə işğal nəticəsində zərər çəkən uşaqların həyatları ilə bağlı məlumatlar da yer alıb".
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu konfransın yekunu olaraq imzalanan bəyannamə də öz növbəsində gərgin zəhmətin və dolğun müzakirələrin bariz nümunəsidir: "Bu bəyannamədə göstərilən məsələlər bəşəri əhəmiyyət daşıdığı üçün BMT-nin və Avropa Şurasının fəaliyyətinə daxil olması barədə təklif irəli sürülməsini vacib sayıram".
Tədbirin sonunda İSESCO- ya üzv olan ölkələrin uşaq məsələləri üzrə nazirlərin adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Həmçinin konfransı dəstəklədikləri üçün ölkə başçısına və onun xanımı Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB