Səfayət Əhmədova: “Analar hamiləlik dövründə həkim nəzarətində olmurlar və düzgün müalicə almırlar”

Səfayət Əhmədova: “Analar hamiləlik dövründə həkim nəzarətində olmurlar və düzgün müalicə almırlar”

Son zamanlar doğum zamanı ana ölümlərinin sayı artmaqdadır. Bu arzuolunmaz amilin qarşısının alınması üçün Səhiyyə Nazirliyi bu gün hansı tədbirləri görür?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayət Əhmədova bildirib ki, bu il ötən il illə müqayisədə ölüm faktları azalıb: "Düzdür, təəssüf doğurucu faktlardan biri də ondan ibarətdir ki, bəzi hallarda ana ölümlərinə həkimlərin səhlənkarlığı səbəb olur. Lakin bölgələrdə olan ana ölümlərinin statistik göstəricilərini müşahidə etsəniz görərsiniz ki, bunun əsas səbəbi doğumun kortəbii şəkildə ev şəraitində həyata keçirilməsi və ananın xəstəxanaya gec çatdırılmasıdır".

Səhiyyə Nazirliyi ərəfindən həkimlərin təkmilləşməsi üçün xarici ölkələrə göndərildiyini deyən Səfayət Əhmədova qeyd etdi ki, nazirlik həkimlərin rezidentura pilləsinə yiyələnmələri üçün əlindən gələni əsirgəmir: "Bununla yanaşı, ölüm faktları ilə bağlı hər bir hadisə ayrılıqda araşdırılır və adiyyatı üzrə monitorinqlər aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə