İSESCO-nun baş direktoru ölkəmizdə "Xatirə medalı" ilə mükafatlandırıldı

İSESCO-nun baş direktoru ölkəmizdə "Xatirə medalı" ilə mükafatlandırıldı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İSESCO-nun baş direktoru Əbdüləziz İbn Osman-Əl Tüveycriyə "Xatirə medalı" təqdim edib. SİA-nın məlumatına görə, mükafatlandırma "İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri" adlı IV konfransın bağlanış sessiyasında həyata keçirilib.

Mükafatı təqdim edərkən çıxış edən komitə sədri Hicran Hüseynova tədbir iştirakçılarına, təşkilatçılara təşəkkürünü bildirib: "Ümidvaram ki, konfransın müəyyən etdiyi istiqamət bizi bir-birimizə daha da yaxınlaşdıracaq, mövcud problemin – uşaqlar və urbanizasiya məsələlərinin uğurlu həllində konstruktiv əməkdaşlığa əsas olacaq. Bu tədbirin keçirilməsində xüsusi zəhməti olan insanlardan biri də ISESCO-nun baş direktoru cənab Əbdüləziz Osman əl – Tuveycridir. Biz, xüsusilə "İslam dünyasında uşaqlar və urbanizasiya" mövzusuna həsr olunan IV Konfransın məhz Azərbaycanda keçirilməsinə görə sizə öz təşəkkürümüzü bildiririk. Sizin bu sahədəki ardıcıl və aktiv fəaliyyətiniz diqqətəlayiqdir. İcazə verin, bu konfransımızın nəticəsi olaraq, sizə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından "Xatirə medalı"nı təqdim edim. Sizi bir daha təbrik edir, səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə