Masallının Ərkivan qəsəbəsində Mərasim evi istifadəyə verilib FOTOLAR
Masallı rayonunun Ərkivan qəsəbəsində yeni tikilmiş Mərasim evinin açılışı olub. SİA-nın Cənub bürosunun məlumatına görə, rayon icra strukturları və ictimaiyyət nümayəndələrinin, qəsəbə ağsaqqllarının, din xadimlərinin və və çoxsaylı qonaqların toplaşdığı tədbiri giriş sözü ilə qəsəbə sakini Zahir Əmənov açıb. Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, Bakı İslam Universiteti Sumqayıt şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzov, Masallı Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Kamal Mazanov, Ərkivan bələdiyyəsinin sədri İsrail Tağıyev, qəsəbə ziyalısı Məmmədağa Sadıqov, 1 saylı şəhər orta məktəbinin direktoru Mirqabil Hüseynov və başqaları Mərasim evinin açılışı münasibətilə yerli sakinləri təbrik edərək, bu möhtəşəm tikilinin ərsəyə gəlməsində maddi yardım göstərmiş əslən Ərkivandan olan iş adamı, xeyriyyəçi Gülağa Tənhaya (Qəmbərov) minnətdarlıqlarını çatdırıblar. Bütün çıxışlarda Gülağa Tənhanın əvvəllər geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğu, qaçqın və köçkün ailələrinə, əlillərə, kimsəsiz və tənha şəxslərə maddi yardım göstərdiyi qeyd olunub.
Sonda çıxış edən Gülağa Tənha isə öz növbəsində Vətəndən uzaqlarda yaşamasına baxmayaraq, bundan sonra da xeyriyyəçilik fəaliyyətini davam etdirəcəyini, yeni-yeni sosial yönümlü obyektlərin tikintisinə maddi vəsait ayıracağına söz verib.
Çıxışlardan sonra qurbanlar kəsilib, tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb.
Qeyd edək ki, ikimərtəbəli, 600 yerlik Mərasim evinin xidmətindən bütün yerli sakinlər təmənnasız yaralana biləcəklər. Burada geniş mətbəx, ikinci mərtəbədə geniş balkon, otaqların qışda qızdırılması və yayda sərinləşdirilməsi üçün kondisionerlər quraşdırılıb. Bundan əlavə Mərasim evinə gedən 500 metrə yaxın yola asfalt döşənib, işıqlandırma sistemi qurulub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB