Dünən Qaradağ rayonu Qobustan qəsəbəsində ağır cinayət hadisəsi baş verib. SİA-ya daxil olan məlumata görə, Fəqan adlı şəxs Babək adlı həmyerlisinin müxtəlif bədən nahiyyələrinə xəncərlə zərbələr endirib.
Hadisə şahidlərinin dediklərinə görə, Fəqanla əvvəlcə Nəsimi adlı bir nəfər arasında ciddi münaqişə yaşanıb, münaqəşədə özünü sınmış hesab edən Nəsimi öz dostu Babəki "razborka"ya çağırıb. Bu zaman Fəqanla Babək arasında dava düşüb, nəticədə Fəqan özünün düzəltdiyi xəncərlə ilk zərbəni onun boyun nahiyəsinə vurub. Daha sonra Babəkin ayaq və qollarına xəncərlə zərbələr endirən Fəqan hadisə yerindən qaçıb.
SİA-ya hadisə ilə bağlı ilginc məlumatlar da daxil olub. Belə ki, əldə olunan indormasiyaya görə, hadisəni törədən Fəqan əvvəllər 9 dəfə, Babək isə 1 dəfə məhkumluq həyatı yaşayıb. Hər iki şəxsin əvvəllər bir-biri ilə normal münasibətləri var imiş. Dünən xəstəxanaya yerləşdirilən Babəkin vəziyyətinin ağır olduğu deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB