OĞLAQLAR bu həftə təxirə salınan layihələrin icrasına cəsarətlə başlaya bilərlər. Rəhbərlik sizi dəstəkləyəcək. Ətrafınızdakı adamların məsləhətlərini dinləyin. Atalar da "məsləhətli don gen olar" deyiblər. Ətrafınızda dolaşan söhbətləri diqqətlə dinləyin. Ağıllı adamlar sözü göydə tutub bundan məharətlə istifadə edirlər. Gözdə-qulaqda olmağınız sayəsində professional və şəxsi imkanlarınız daha da genişlənəcək.
DOLÇALAR plan və ideyalarını həyata keçirməyə başlayanda insanların onları başa düşməyəcəyindən qorxub-çəkinməməlidirlər. İşinizə yaradıcı yanaşmanız və orijinal fikirləriniz yeni işgüzar tərəfdaşları maraqlandıracaq və yeni perspektivlərə yol açacaqdır. Amma həmkarlarınızın etimadından sui-istifadə etməyin. Sözünüzü işinizlə isbat edin.
BALIQLAR pullarını qənaətlə xərcləməlidirlər. Bu həftə bir tərəfdən əlinizə pul gələcək, digər tərəfdən gəldiyi kimi də gedəcək. Necə gəlib-getdiyini heç başa düşməyəcəksiniz. Ona görə də bu həftə üçün mədaxil və məxaricinizi dəqiq planlaşdırmalısınız ki, sonradan cibinizdə siçanlar oynamasın. Yoxsa maliyyə işlərinizdə elə bir dolaşıqlıq yaranacaq ki, Qordiyev düyünü onun yanında yalan olacaq. Həmkarlarınız sizə təsir göstərməyə çalışacaqlar. Onların təsirinə düşməyin.
Həyat QOÇLARIN qarşısına lazımlı adamlar çıxaracaq. Həftə peşəkarlıq baxımından çox uğurlu olacaq. Bu bürcün bir çox nümayəndələri əvəzolunmaz işçi olacaqdır. Hansı işlə məşğul olsanız, yağ kimi gedəcək və gözəl nəticə verəcəkdir. Gəliriniz olacaq. Bədxərclik etməyin.
BUĞALAR bu həftə onları maraqlandıran problemləri sürətlə həll edəcəklər. Bu fürsətdən gen-bol istifadə edin, yoxsa sizin uğurunuzdan başqaları istifadə edəcək. Sözü ağzınızdan çeynəyib çıxarın, əməli-saleh olun. Mənasız mübahisələrdən uzaq qaçın. Amma cəlb olunmusunuzsa, çətin vəziyyətdən alnıaçıq-üzüağ çıxmağa çalışın.
ƏKİZLƏR bu həftə sevimli vərdişlərini unutmalıdırlar. Sakit bir küncə çəkilib xəyala dalmaq alınmayacaq. Buna sadəcə vaxtınız olmayacaq. İndi sizin üçün vacib məsələ təşəbbüsü əldən verməməkdir. İş həyatında sizi çoxlu sayda lazımlı və səmərəli əlaqələr gözləyir. İntuisiyanız güclənəcək və dolaşıq vəziyyətdən çıxmağa kömək edəcəkdir.
XƏRÇƏNGLƏRİN reytinqi yüksələcək və onlar işdə özlərinə əlavə xallar qazanacaqlar. Rəhbərliyə təqdim etdiyiniz bütün ideyalar "afərin" nidaları ilə qarşılanacaq. Bu həftə hazırlayacağınız plan, hesabat və təklifləriniz rəhbərliyin ovqatını yüksəldəcək. Maliyyə durumunuz əla vəziyyətdədir. Kifayət qədər pul qazanacaqsınız. Amma sağa-sola xərcləsəniz, pul gəldiyi kimi də gedəcəkdir.
ŞİRLƏR çoxdan intizarında olduqları dəyişikliklərin baş verdiyini hiss edəcəklər. Yeni işlər, layihələr və təkliflər sizi ruhlandıracaq. Rəhbərliklə və yuxarı instansiyalarla razılaşdırılmalı bəzi məsələlər gözlənilmədən uğurla həll olunacaq. Maliyyə durumunuz yaxşı vəziyyətdədir. Amma yaxşı olar, bundan mümkün qədər az adam xəbər tutsun.
QIZLARIN sosial statusu yüksələcək. Lakin qəti qərar qəbul etməmişdən əvvəl yaxınlarınızla məsləhətləşməlisiniz. Yaxşı olar, danışıqları və görüşləri həftə sonuna planlaşdırasınız. Onda konkret nə istədiyiniz barədə düşünüb mövqeyinizi dəqiq ifadə edə bilərsiniz. Onda işgüzar əlaqələriniz çox uğurlu və perspektivli olacaq.
TƏRƏZİLƏR təhsil və özünütəhsil məsələləri ilə məşğul olacaq. Əldə etdiyiniz biliklər gündəlik işlərinizə və ünsiyyətinizə konstruktiv yeniliklər edəcək. Dostlarınız sizi daha yaxşı başa düşəcək. Bir yerdə işlədiyiniz və işiniz keçən adamlarla sabit münasibətlər quracaqsınız. Lakin nəzakət hissini unutmayın. Ətrafdakılara qarşı daha diqqətli olun.
ƏQRƏBLƏRİ perspektivli işgüzar görüş və ya uğurlu söhbət gözləyir. İşgüzar tərəfdaşlarla mübahisə etməmək üçün inadkarlıqdan əl çəkin və səbirli olun. Başqalarının işinə qarışmayın. İndi əsas məsələ söhbət əsnasında maraqlı bir ideyanı diqqətdən qaçırmamaqdır. Bu, göylərin sizə ərməğanıdır və imkanlarınızı genişləndirəcək.
OXATANLAR ünsiyyət mücəssəməsidirlər. İstedadınızla parlamaq imkanınız olacaq. Zarafat və nəzakətlə işdə əvəzolunmaz adamlardan biri olduğunuzu vurğulamaqdan çəkinməyin. Bu həftə rəhbərliyin dəstəyinə bel bağlaya bilərsiniz. Diplomatik hərəkət etsəniz, öz istədiyinizə nail olacaqsınız. Rəhbərliyin gözündə şəksiz nüfuz sahibi olacaqsınız. Yaxınlarınız sizi dəstəkləyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB