ABŞ Azərbaycanın müxalif QHT-lərinə 500 min dollar ayırıb. ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu Moldova, Türkiyə və Azərbaycanda fəaliyyət göstərən QHT-lər üçün qrant müsabiqəsi elan edib. Pulu almaq istəyənlər demokratiya, insan haqları, korrupsiyaya qarşı mübarizə, vətəndaş cəmiyyətinin güclənməsi yönündə layihələr təqdim etməlidir.
Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən məlumata görə, 500 min dolları Azərbaycanda vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi üçün ayırır.
Azərbaycan tərəfi isə ABŞ hökumətinin yalnız müxalif QHT-lərinə maliyyə yardımı ayırmasını düzgün saymır. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin sözlərinə görə, bu cür maliyyə yardımlarında adətən şəffaflıq təmin olunmur: "Məqsəd Vətəndaş Cəmiyyətinin güclənməsi deyil, ayrı-ayrı siyasi qrupları maliyyələşdirmək ibarət olacaqsa, başqa sözlə desək, bunların gizli və qaranlıq gündəliyi olacaqsa, əlbəttə buna heç bir ölkə razılıq verə bilməz. Bu gün onlar qərar qəbul edən zaman fikir vermirlər ki, bu təşkilatın bilik və bacarığı kifayət qədərdimi, təcrübəsi varmı?. Yetər ki, həmin təşkilat ciddi şəkildə Azərbaycan hökumətinə qarşı müxalifətdən olsun, yaxud da əksinə". /ANS/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB