Aşura günü qanvermə aksiyası keçiriləcək

Aşura günü qanvermə aksiyası keçiriləcək

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasına əsasən, bu il noyabrın 14-ü Aşura günüdür. SİA-nın bölgə müxbirinin xəbərinə görə, həmin gün Mərkəzi Qan Bankının Gəncə bölməsində irsi qan xəstəliyindən əziyyət çəkənlər üçün qanvermə aksiyası təşkil olunacaq. Aksiyada 1 tibb briqadası çalışacaq. Əgər könüllü qan verənlərin sayı çox olarsa şəhər səhiyyə idarəsindən əlavə kömək də cəlb ediləcək.

Qeyd edək ki, İmamzadə ziyarətgahında təmir getdiyindən burada qanvermə aksiyası təşkil olunmayacaq. Ancaq ziyarətə gəlib qan vermək istəyən şəxslər ayrılmış xüsusi avtomobillərlə Mərkəzi Qan Bankının Gəncə bölməsinə gətiriləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə