Komitə sədri: "Azərbaycanda çox güclü uşaq siyasəti aparılır" AÇIQLAMA

Komitə sədri: "Azərbaycanda çox güclü uşaq siyasəti aparılır" AÇIQLAMA

"Azərbaycanda çox güclü uşaq siyasəti aparılır". SİA-nın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda uşaq və urbanizasiya problemi bır sıra dünya ölkələrində olduğu kimi, gündəlikdə ən vacib problemlər kimi durmur, bu problem həll olunur: "Azərbaycanda inkişaf proqramları kənd yerlərində lazimi şəraitin yaradılması və bunun nəticəsində uşaqların təhsil və tibbi xidmətlərdən istifadəsinə şərait yaradır. Bir çox hallarda biz bu problemin qarşısını ala bilirik. Azərbaycanda bır sıra dövlət proqramları uşaqların lazımı səviyyədə təhsil alması, asudə vaxtlarının təşkili üçün şəraitin yaratmasına yönəlib".

H.Hüseynova həmçinin qeyd edib ki, Azərbaycanda qadın, uşaq probemlərinin həll üzrə kifayət qədər çox yaxşı mütəxəssislər var və həmin mütəxəssislər ehtiyac duyulan ölkələrdə öz təcrübələrini bölüşməyə hazırdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə