İSESCO-nun baş direktoru: "Azərbaycanda uşaqları əziyyət çəkmirlər"
İslam dünyada uşaq problemlərinin baxılmasına və müzakirə edilməsinə ehtiyac var. SİA-nın məlumatına görə, bu sözləri İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri jurnalistlərə açıqlamasında deyib.
Bildirib ki, bir çox ölkələr iqtisadi problemlərdən əziyyət çəkir. Bu sahədə həmin dövlətlərdə uşaqlara qayğı istiqamətində işlər həyata keçirilməlidir.
Əbdüləziz bin Osman əl-Tuveycri bildirib ki, müharibələrlə və aclıqla üzləşən ölkələrdə uşaqlar üçün təhsil imkanları yoxdur. Onun sözlərinə görə, İSESCO-nun da əsas məqsədi gələcəkdə uşaqların rifahını təmin etmək, onların təhsil imkanlarını artırmaq üçün səy göstərməkdir: "Bu konfransın keçirilməsi müxtəlif ölkələrin nazirlərinin və nazirləri nümayəndələrinin, nümayəndə heyətlərinin rəhbərlərinin birgə şəkildə bu məsələləri tədqiq etməsi üçün bir imkan yaradır. İSESCO əsasən bu məsələlərlə bağlı xüsusi bir proqram ayırıb və islam dövlətləri arasında bu məsələləri birgə şəkildə həll etmək üçün müxtəlif proqramlar hazırlayıb".
İSESCO-nun baş direktoru uşaqların daha çox əziyyət çəkdiyi ölkələrin adlarını da açıqlayıb. O qeyd edib ki, uşaqların əziyyət çəkdiyi ölkələri hər zaman hesabatlarda qeyd edilib. Pakistan, Banqladeş, Misir, Nigeriya kimi ölkələrdə uşaqların əziyyət çəkdiyini deyən direktorun sözlərinə görə, buna da səbəb həmin ölkələrdə əhalinin çox olmasıdır".
Azərbaycanla bağlı vəziyyətə gəlincə o vurğulayıb ki, Azərbaycan dövlətinin üzləşdiyi əsas problem Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlıdır: "Azərbaycanda uşaqlar demək olar ki, əziyyət çəkmirlər. Çünki, Azərbaycan dövləti onların təhsili baxımından şərait yaradıb. Əsas problem işğal olunmuş Qarabağ ərazisi ilə bağlıdır. Azərbaycan dövlətinin çəkdiyi əziyyət, qarşılaşdığı problem Qarabağla bağlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB