Hicran Hüseynova:"Ölkəmizdə uşaqlarla bağlı 80 qanun, 30 dan çox dövlət proqramı qəbul olunub" AÇIQLAMA
"Uşaq hüquqlarının müdafiəsi Azərbyacan hökumətinin prioritet məsələlərindən biridir". SİA-nın məlumatına görə, bu sözləri Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, dölət uşaq siyasətini həyata keçirərkən Uşaq Hüquqları haqqında Konvensiyada əks olunan prinsipləri əsas tutur. Azərbaycan dövləti uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edib. Onun szölrəinə görə, xalqımızın milli–mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması, uşaqlar tərəfindən qanun pozuntularının profilaktikası və digər sahələrdə 80-dən çox qanun və 30-dan çox dövlət prorqamları qəbul edilib: "Erkən nikahların və qızların təhsildən yayınma hallarının qarşısının alınması üçün Azərbaycanın Birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Ailə Məcəlləsində nikah yaşının qızlar üçün 18-ə qaldırılıb, Cinayət Məcəlləsində isə qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib".
Komitə sədri həmçinin bildirib ki, hazırda uşaq ölümü hallarının daha da azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası kimi məsələlər də diqqət mərkəzindədir: "Məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB