"Beynəlxalq təşkilatlardan və komitələrdən əldə etdiyimiz bəyanatlar göstərir ki, hazırda dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşayır". SİA-nın məlumatına görə, bu sözləri İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl Tüveycri bu gün ölkəmizdə keçirilən İSESCO-ya üzv olan ölkələrin məsul nazirlərin IV konfransında çıxışı zamanı deyib.
O bildirib ki, onlar yaxşı yaşayış əldə etmək naminə kənd yerlərindən qaçırlar. Onun sözlərinə görə, ona görə də dünyada şəhər əhalisinin nisbəti 1950-ci ildə 29,4%-dən 2011-ci ildə 52,1%-ə çatıb: "Bu nisbət artmaqda davam edir. İSESCO-ya üzv ölkələrdə bu vəziyyət daha sürətlə davam edir. Hazırda təşkilata üzv ölkələrdə 47% əhali şəhər yerlərində yaşayır ki, onların da yarısı uşaqlardır. Uşaqların bu qrupu inkişaf etməkdə olan uşaqlar üçün böyük bir çağırışdır. Orada sosial ehtiyatların ödənilməsi problemləri, təhsil, səhiyyə problemləri, hüquqi məsələləri ortaya çıxır. Ona görə də biz bu məsələlərə diqqət yetirməliyik. Xüsusi proqramlar, planlar ortaya qoymalıyıq ki, şəhərlə kəndlər arasında fərqlər aradan qaldırılsın və onlar üçün yaxşı yaşayış şəraiti yaradaq".
O vurğulayıb ki, bugünkü konfransın urbanizasiya problemləri və uşaqlara təsiri mühüm bir çağırışdır:" Biz bu urbanizasiyanı diqqətdə saxlayır. İnsanların məskunlaşmasında böyük problemlər və gəlirlərdə, inkişafda fərqlər var. Bu da birbaşa uşaqların səviyyəsinə, problemlərin yaranmasına gətirib çıxarır. Biz bu konfrans nəticəsində uşaqlarla bağlı bu problemlərin həlli üçün birgə yollar axtarıb tapmalıyıq. Bütün dövlətləri problemlərin həlli üçün birgə səy göstərməyə çağırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB