Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
SİA-nın məlumatına görə, turun son qarşılaşması isə paytaxtda baş tutub. "Neftçi" "Bakı"nı sınağa çəkib.
Matçda erkən qol meydan sahiblərindən gəlib - 3-cü dəqiqədə Nfor fərqlənib.
29-cu dəqiqədə Saşa Stamenkoviç qırmızı vərəqə alaraq "Neftçi"ni hesabda azlıqda qoyub. Buna baxmayaraq, Cavid İmamverdiyev "Bakı"nın qapısından ikinci topu keçirib: 45+2 (2:0).
53-cü dəqiqədə Ramosun avtoqolu ilə hesab arasındakı fərq azalıb. Lakin "Bakı"nın bundan artığına gücü çatmayıb - 2:1.
Beləliklə, "Neftçi" 13 oyundan 28 xal toplayaraq yenidən turnir cədvəlinin şərikli birinci pilləsinə yüksəlib. Belə ki, "Qarabağ" da eyni göstərici ilə ilk yeri tutur.
Digər oyunda isə "Xəzər Lənkəran"la "Qəbələ" üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matçda komandaların səylərinə baxmayaraq, hesab açılmayıb.
Turun digər oyunlarının nəticələri:
AZAL - "Qarabağ" - 1:1
"İnter" - "Simurq" - 0:0
"Rəvan" - "Sumqayıt" - 1:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB