Bakı yenidən Çempionlar Liqası yarışlarının “Dördlər finalı”na ev sahibliyi edəcək
Azərbaycan paytaxtı Bakı qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının "Dördlər finalı"na yenidən ev sahibliyi edəcək.
Bu mötəbər yarışın təşkilatçısı son illərin dəyişməz ölkə çempionu Bakının "Rabitə" klubu olacaq.
"Dördlər finalı"nın oyunları gələn ilin martında "Bakı Kristal Zal"da keçiriləcək.
Qeyd edək ki, sözügedən yarış 2011/2012-ci il mövsümündə də Bakıda təşkil olunub. Həmin vaxt komandalarımız ev sahibi qismində "Dördlər finalı"na birbaşa düşə bilməmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB