Noyabrın 10-da Rusiyanın paytaxtı Moskvada güləş üzrə komandalararası Avropa Kuboku turnirinə yekun vurulub.
Qrup mərhələsində Rusiya və Türkiyə milliləri ilə yarışan yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası türklərə 4:3 hesabı ilə qalib gəlib. Lakin millimiz ev sahibi Rusiyaya 3:4 hesabı ilə uduzub. Türklər isə öz növbəsində Rusiya millisini 4:3 hesabı ilə məğlub edib.
Bütün komandalarda qələbə sayı eyni olduğundan, güləşçilərin qazandıqları xallar hesablanıb və Azərbaycan yığması qrupda 3-cü yeri tutub.
Beşinci yer uğrunda görüşdə isə pəhləvanlarımız digər yarımqrupun üçüncüsü olmuş Ermənistan kollektivi ilə qarşılaşıb. Azərbaycan güləşçiləri rəqiblərini 5:2 hesabı ilə məğlub ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB