Xocavənddə yeni tikilən rayon mərkəzi xəstəxanası əhalinin istifadəsinə verilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, dövlət vəsaiti hesabına Beyləqanda Xocavəndən olan məcburi köçkünlərin kompakt yaşadığı qəsəbədə istifadəyə verilən rayon mərkəzi xəstəxanası, poliklinika və təcilli tibbi yardım, bölgədə səhiyyəinin inkişafına müsbət təsir göstərəcək.
Xəstəxana ən müasir avadanlıqla təchiz olunub. Burada operativ və yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait yaradılıb. Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılıb. Xəstəxanada əməliyyat, müayinə və müalicə otaqları fəaliyyət göstərir.
Qeyd edək ki, təcili tibbi yardım şöbəsi də hər cür avadanlıqla təmin edilib. Burada xəstələrə operativ qaydada yardım göstərilməsi üçün zəruri şərait yaradılıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB