Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, temperatur gecə 7-10°, gündüz 13-17° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 772 millimetr civə sütunundan 768 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gündüz, əsasən, yağmursuz olacaq. Temperaturun gecə 2-6°, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz, əsasən, yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz, əsasən, yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Temperaturun gecə 5-10°, gündüz 14-19° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz, əsasən, yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı proqnozlaşdırılır. Temperaturun gecə 4-9°, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan, 2°-dək isti, gündüz 4-9° isti olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz, əsasən, yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 6-10°, gündüz 14-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur, səhər dağlarda duman olacaq. Temperaturun gecə 7-11°, gündüz 14-19° isti, dağlarda gecə 2-6°, gündüz 10-15° isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB