"Seçkidən sonra atdığı hər addımla məntiqi uğursuzluğun davamını gətirən, bütün ümidləri tükənən və nəhayət əlləri hər şeydən, hər yerdən üzülən radikal müxalifətin indi də son variant kimi "Azadlıq"qəzetindən(imitasion gedişlərlə və ucuz bleflərlə) bəhrələnmə cəhdi məncə tam normal qarşılanmalıdır. Niyə? Çünki, bunların adətkar olduğu üslub budur. Və ya eyni adlı gedişat 23 illik ənənəyə sığınan presidentdir: Nə vaxt haqqında danışdığımız siyasət mənsublarının əlləri, ayaqları bir yerə sıxışıb qalıb, dərhal mətbuatı veriblər qabağa. Təxminən, çətin məqamda arvad qabağa verən kişilər kimi...Odur ki düşünürəm, artıq bənzər məqamları biz də tam soyuqqanlıqla qarşılamalı və durumu mümkün qədər daha az reaksiya ilə"yola verməliyik". Hətta buna öyrəncəli olmalıyıq. Və ya, əgər bu müxalifət bizim tanıdığımız müxalifətdirsə, o zaman hələ yüz illər boyu da onların öz sahib olduğu xislətə, xarakterə sadiq qalacaqlarını unutmamalıyıq". SIA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev son günlər"Azadlıq"qəzeti ətrafında gedən müzakirələrə münasibət bildirərkən söyləyib.
"Azadlıq"qəzeti həqiqətən tarixi, ənənəsi olan bir mətbu orqandır. Amma həmin tarixin, ənənənin bu günki nəsilə aidiyyatı varmı? Nəcəf Nəcəfovla Qənimət Zahidi eyni tutmaq olarmı? "Azadlıq"ın ilk yazıları ilə indiki hədyan, həqarət, şantaj dolu yazılarını müqayisə etmək olarmı? O zamankı missiya ilə indiki missiyanı bir tərəziyə qoymaq olarmı? Məncə xeyr! Ona görə xeyr ki, hazırki "Azadliq" Əli Kərimlinin siyasi meydanda istifadə etdiyi küt alətdən savayı bir şey deyil. Eyni zamanda AXCP sədrinin qurşaqdan aşağı vuran əlidir, sabotaj vasitəsidir. Başqa heç nə!
Ayrıca, "Azadlıq"ın elə hər il dövlətdən aldığı maliyyə vəsaiti kifayətdir ki, bütün daxili problemlərini həll etsin, mətbəəyə, məhkəməyə, işçilərə olan borcunu ödəsin. Üstəgəl satışdan əldə olunan gəlirləri də bu sıraya əlavə etsək ortalığa lap böyük bir rəqəm çıxır.
Yaxşı bəs belə olan halda niyə vəziyyət bu həddə qədər gəlib çıxır, qəlizləşir? Çünki məqsəd və məram tam başqa yerə hesablanıb. Problem maliyyə və borc problemi deyil, növbəti dəfə hansısa adla manşetlərə, beynəlxalq təşkilatların hesabatlarına çıxma, adlama cəhdidir. Bu cür ucuz şouları isə artıq kimsə "yeməz"...!!!
Qəzet çıxarırsız, pul qazanırsız, gedin mətbəənin, camaatın borcunu verin.
Yalan, böhtan, hədyan yazırsız, gedin məhkəmədə söylədiklərinizin, yazdıqlarınızın cavabını verin.
Bu ölkədə dərəbəylik dövrünə düz 21 il əvvəl son verilib. Kimsə də bundan belə ağlından keçəni edə və ağlı kəsən kimi davrana bilməz. Çünki bütün fiziki və hüquqi şəxslərin qanun qarşısında öhdəliyi və məsuliyyəti eynidir. O cümlədən "Azadlıq"qəzetinin!"- deyə politoloq fikirlərinə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB