Bu gün hava yağmurlu olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun 13-18, dağlarda 8-13 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə