Həbsxanaya narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb FOTO
Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, dünən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1981-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 29,186.2.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 181.3.1; 228.2.1 maddələri ilə təqsirli bilinərək 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qahir Mirəli oğlu Zəkiyevə vətəndaş Məmməd Zakir oğlu Həsənovun gətirdiyi sovqata baxış keçirilən zaman sellofan paketdə olan "közləmə sevimli dad" sözləri yazılmış 6 (altı) ədəd sosislərin və "sevimli dad kəllə qənd" sözləri yazılmış qənd kisəsinin içərisində gizlədilmiş ümumi xalis çəkisi 4,4 qram olan narkotik vasitə "heroin" aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB