"Aşıq Şəmşir” Mədəniyyət Ocağı Bayraq günü münasibətilə tədbir keçirib FOTO
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi öz fəaliyyət istiqamətinə uyğun olaraq davamlı şəkildə müxtəlif layihələr həyata keçirir. Bu tədbirlərdən biri də Bayraq günü münasibətilə keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan İctimai Birliyi nümayəndəsi Həbib Misirov tədbir haqqında iştirakçılara məlumat verib və Bayarq günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib:"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi də bu əlamətdar gün münasibəti ilə Kəlbəcər rayon 56 saylı orta məktəbin şagirdləri ilə birgə "Uca bayraq – uca millət" adlı tədbir keçirir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalanıb. 2010-cu ildən artıq 2 ildir ki, Dövlət Bayrağı Günü ölkəmizdə qeyd olunur. İnanırıq ki, möhtərəm Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olacaq, üçrəngli bayrağımız Qarabağda Şuşada, Kəlbəcərdə və digər işğal olunan torpaqlarımızda ucaldılacaq".
Daha sonra tədbirdə çıxış dən professor Məhərrəm Qasımlı qeyd edib ki, Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib: "1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib. Eyni bayraq ikinci dəfə1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilib və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib."
56 saylı Kəlbəcər orta məktəbin direktoru Aidə Əhmədova bildirib ki, biz mütəmadi olaraq bayrağımızın təbliği və vətənpərvərlik mövzusunda məktəbdə maarifləndirmə işləri aparırıq.
Sonda məktəblilər vətənə, bayrağa həsr edilmiş şeirlər səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB