Dövlət Bayrağı qürur mənbəyimizdir FOTOLAR

Dövlət Bayrağı qürur mənbəyimizdir FOTOLAR

YAP Yevlax Rayon Təşkilatı Yevlax Şəhər İcra Hakimiyyəti ilə birlikdə Dövlət Bayrağı günü ilə əlaqədar tədbir keçirilib. YAP Yevlax Rayon Təşkilatından SİA-ya verilən məlumaa görə, tədbir YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin fəllarinin Bayraq Meydanina avto yürüşü ilə başlayıb. Gənclər əvvəlcə şəhərin mərkəzində Ulu Öndər Heydər Əliyevin heykəli önünüə gül dəstələri qoymuş sonra yürüşə start verilib.

Tədbiri giriş sözü ilə Yevlax Şəhər İcra Hakimiyyəti Başcısın birinci müavini Qənimət Qaraşov açaraq bildirib ki, həyatda elə əlamətdar günlər hadisələr var ki, bütöv bir xalqın yaddaşına əbədi həkk olur, tariximizə qızıl hərflərlə yazılan 9 Noyabr Dövlət Bayrağı Günü də belə əlamətdar günlərdəndi. Cənab Prezidentimizin 17 noyabr tarixli sərəncamı hər bir azərbaycanlının həyatında şərəflə qeyd edəcəyi bir günün başlanğıcı oldu.

Bu münasibətlə "Mən Azərbaycanlıyam" deyən hər kəsi səmimi qəlbdən təbrik edirəm.

Sonra Şəhər YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin üzvü Rəşad Qurbanov Bayraq gününün tarixi, onun əhəmiyyəti və rənglərin kəsb etdiyi mənalar haqqında geniş məruzə etdi. Bayrağımızın gənclər üçün vətəndaşlıq, müstəqillik üçün zəruriliyindən və əhəmiyyətindən danışdılar.

O vurğuladı ki, Azərbaycan Respublikasının tanıtım rəmzlərindən biri olan Milli Bayraq mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətin mövcüdluğunu təsdiqləyən ən əhəmiyyətli rəmzidir. Bayrağımızı qorumaq onu uca tutmaq hər birimizin borcudur.

Yekunda məktəblilər arasında keçirilən rəsm müsabiqəsinə baxış keçirilib qaliblər mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə